Gənc rəssam Firəngiz Quluzadənin SƏS TV-ə müsahibəsi:
-Rəssamlığa nə vaxtdan başlamısınız?
- 4-5 yaşından başlamışam. Bu istedad mənə atamdan keçib. Atam da vaxtı ikən həvəskar olub.
-Təhsilinizi harda alırsınız?
-Əzim Əzimzadə adına incəsənət kollecində təhsil alıram. İnteryer fakultəsinin 4 kursunda oxuyuram. Yanvar ayının 16 sərgim oldu. 90 yaxın əl işlərim nümayiş olundu. Sərgidə abstrak, natura, vətənpərvərlik mövzularında şəkillərim var idi. Aralarında qrafik və yağlı boyalarla çəkdiyim şəkillər də yer almışdı.
-Seçdiyiniz peşənin həvəskarısınız, yoxsa işləmək fikriniz var?
-Həvəskarı deyiləm. Rəsamlığı özümə sənət seçmişəm və bu işi davam etdirmək fikrim var.
-Sifarişlər qəbul edərək işləyirsiniz, yoxsa ürəyinizdən keçəni həkk edirsiniz ?
-Hələ ki, sifarişlə işləmirəm. Çünki özümü tanıtmalıyam.
-Bu günə qədər əl işlərinizdən nəsə satmısınız?
-Bəli, bir çox əsərlərim satılıb. Vətənpərvərlik və təbiət mövzusunda çəkdiyim əsərlərim satılıb. Çəkdiyim şəkillər öz fantazyalarım olur.
-Bir əsəri ərsəya gətirmək üçün nə qədər zaman lazımdır?
-1 həftəyə və 1 ayadək ərsəyə gətirmək olar. Ancaq əsərin özündən də çox şey aslıdır. Əsərlərim cəmi 1 dəfə sərgidə olub. Ancaq yeni fantazyalarım var. İnanıram ki, öndə gedən rəssamlardan olacam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB