Serbiya təmsilçisi: \"Azərbaycandan möhtəşəm şou, tam professionallıq gözləyirəm\"
"Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak etməkdən çox məmnunam və bundan şərəf duyuram. Serbiya Radio və Televiziya yayım şirkəti ilə bu yarışmaya çox ciddi şəkildə hazırlaşıram. Mən artıq may ayında Bakıda keçiriləcək müsabiqə üçün mahnı hazırlamışam və buna görə də çox şadam. Mahnı komponentlərinin mətn ilə səslənməsi və müşayiəti üzrə işlər hələ də davam edir. Bu mahnı Serbiyanın daxili çalarları ilə zəngin və Avropa üslubunda olacaq".
SİA-nın məlumatına görə, bunu eurovision.az saytına müsahibəsində Serbiyanı builki müsabiqədə təmsil edəcək tanınmış musiqiçi Zeljko Yoksimoviç deyib. O bildirib ki, səhnədə olmağı və öz mahnımı ifa etməyi xoşlayıram: \"Azərbaycanda vətənimi 2004-cü ildən daha yaxşı təmsil etmək arzusundayam. 57-ci "Eurovision" Mahnı Müsabiqəsi həmişəkindən fərqli olacağına inanıram. Çünki ev sahibliyi ilə bağlı görülən işlər, cəhdlər, çəkdiyiniz əziyyət də göstərir. İştirak edən ölkələrin nümayəndə heyətləri sizin "Eurovision" Mahnı Müsabiqəsinin dəyər və ənənələrinə necə sadiq qaldığınızı görür. Azərbaycandan möhtəşəm şou, dostluq atmosferi və tam professionallıq gözləyirəm. Düşünürəm ki, hər şey əla olacaq. Şüarınızın əsasını təşkil edən "Odlar Yurdu" məncə çox pozitiv ruhdadır. Bu müsbət enerjini bütün 43 nümayəndə heyəti duyacaq. Mən Azərbaycanda olmamışam. Amma nadir musiqi və ritmə sahib olan ölkəyə səfər edəcəyimdən çox məmnunam".
Müsabiqədə qalibiyyətinə inanan Z.Yoksimoviç tamaşaçıları onu dəstəkləməyə səsləyib: "İnanıram ki, tamaşaçılar məni dəstəkləyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB