Elza İbrahimovanın səhhətindəki problemin səbəbi dəqiqləşib

Elza İbrahimovanın səhhətindəki problemin səbəbi dəqiqləşib

Azərbaycanın əməkdar incəsənət xadimi, sevilən bəstəkar Elza İbrahimovanın səhhətindəki problemin səbəbi dəqiqləşib. Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirovun SİA-ya verdiyi açıqlamaya görə, xəstəyə ensefalopatiya diaqnozu (beyin-qan dövranının pozulması) qoyulub.


Həkim onu da bildirib ki, bəstəkarın vəziyyəti hazırda stabildir: \" Xəstə Klinik Tibbi Mərkəzin palata şəraitində müalicə olunur. Xəstəxanamıza dünən gətirilib və vəziyyətində dəyişiklik yoxdur. Nitqində problem yoxdur. Xəstəxanada necə gün qalacağını hələ dəqiq demək mümkün deyil".


Qeyd edək ki, yerli mətbuatlarda E. İbrahimovanın insult keçirdiyi bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə