Türkiyə niyə məhz tanınmamış müğənnini \"Eurovision\"a göndərir?

Türkiyə niyə məhz tanınmamış müğənnini \"Eurovision\"a göndərir?

Türkiyənin "Eurovision- 2009" mahnı müsabiqəsinin təmsilçisi Hadisənin müsabiqədə geyindiyi açıq- saçıq paltar TRT-ni narahat etdiyi üçün bu il də kişi təmsilçi seçməsinə məcbur edib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, mayın 26-da Bakıda keçiriləcək müsabiqədə Türkiyəni Can Bonomo təmsil edəcək.

Hal- hazırda Türkiyədə TRT-nin tanınmamış müğənnini niyə müsabiqəyə göndərməsi məsələsi gündəmdədir. Türk mətbuatına TRT-dən sızan xəbərə görə, təmsilçinin kişi olması onun seçimini daha da asanlaşdırıb.

Qeyd edək ki, 2009-cu ildə \"Eurovision\"a qatılan Hadisənin geyimində açıqlıq olması TRT-dəkiləri çox narahat edib. Məhz buna görə də 2010 və 2011-ci illərdə kişilərdən ibarət qrup \"Manga\" və \"Yüksek Sadakat"ı Eurovision-a yollayan TRT bu il də Can Bonomonu seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə