Dünyanın məşhur müğənnisi Sezariya Evora Kabo-Verdedə 70 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu ilin payızında müğənni estrada karyerasına son qoyduğunu bəyan edib və buna səbəb onun səhhətindəki problemlər olub.
Bir neçə dəfə "Qremmi" mükafatına, Fransanın ən titullu "Vitoire de la Musique" mükafatına layiq görülən və Fəxri Legion ordeninin sahibi olan Sezariya Evora 1941-ci il avqustun 27-də Kabo-Verdenin Mindelu şəhərində anadan olub.
Özünün ilk solo albomunu (Distino di belta) müğənni 1987-ci ildə buraxıb. Ötən illər ərzində onun 10-dan artıq valı buraxılıb və o, səsi və repertuarı ilə bütün dünyada yaxşı tanınırdı. Müğənni mahnıları kreol dialektində, royal, havaya gitarası, skripka, akkordeon və klarnetin müşayiəti ilə ifa edirdi. Evoranın səhnəyə hər zamanı ayağı yalın çıxması isə yoxsulluqda yaşayan Afrika əhalisinə ehtiram əlaməti kimi qiymətləndirilirdi.
Müğənni həmçinin geniş xeyriyyəçilik fəaliyyəti ilə də tanınıb – o, öz ölkəsinin təhsil sisteminə tam himayəçilik edirdi. Məhz onun maliyyə dəstəyi hesabına Kabo-Verdenin minlərlə sakini yazıb-oxumağı öyrənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB