\"Sahə\" filmi növbəti beynəlxalq festivalda nümayiş olunub

\"Sahə\" filmi növbəti beynəlxalq festivalda nümayiş olunub
"Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi Yunanıstanın Korinf şəhərində keçirilən ikinci Beynəlxalq "Bridges" kino festivalında Azərbaycanı təmsil edib. Kinostudiyadan SİA-ya verilən məlumata görə, festivalda "Sahə" filmi müsabiqənin tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunub.


"Nərimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "PAŞA Bank"ın iştirakı ilə ekranlaşdırılmışdır. Film məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir.
Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkiliblər.


Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə