N.Tusi adına Gimnaziyanın 20 illiyi qeyd olunub - FOTO

Bu gün Muzey Mərkəzində N.Tusi adına Gimnaziyanın 20 illiyi münasibətilə gimnaziya şagirdlərinin ifasında konsert proqramı və sərgi keçirilib. SİA-nın məlumatına görə, Gimnaziyanın direktoru Südabə Manafova çıxışında bildirib ki, musiqi məktəbi 1991-ci ildən fəaliyyət göstərir: \"Bizim gimnaziya respublikada ilk şəxsi məktəbdir. Bizim üçün fəxrdir ki, məktəbimizin məzunları bir çox xarici ölkələrdə təhsil alırlar\".


Daha sonra məktəblilərin ifasında Azərbaycanın himni səsləndirilib. Bir-birinin ardınca isə tanınmış bəstəkarların əsərləri səsləndirilib.


Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə