Mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Doha Forumunda iştirak edəcək

Mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Doha Forumunda iştirak edəcək

Qətər Dövlətinin himayəsi ilə 11-13 dekabr tarixində Doha şəhərində BMT-nin Sivilizasiyalar Alyansının dördüncü İllik Forumu keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və Mədəniyyət proqramları şöbəsindən məlumat verilib.


Tədbirdə Azərbaycan tərəfindən Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə Xarici İşlər Nazirliyi, Dini İşlər üzrə Dövlət Komitəsi və Gənclər və İdman nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edəcək.


Forumun açılış mərasimində BMT-nin Baş Katibi, Avstriya və Braziliyanın prezidentləri, Türkiyə və İspaniyanın Baş nazirləri, BMT Sivilizasiyalar Alyansının prezidenti, bir çox ölkələrin xarici işlər və mədəniyyət nazirləri, dünyanın nüfuzlu QHT-lərinin rəhbərləri, tanınmış ekspert və jurnalistlər iştirak edəcək.


Tədbirdə nazir Ə.Qarayevin forumun 2 sessiyasında çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində Ə.Qarayevin Sivilizasiyalar Alyansının prezidenti və Qətər dövlətinin Mədəniyyət və İncəsənət naziri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, BMT Sivilizasiyalar Alyansı 2011-ci ilin 7-9 aprel tarixlərində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşlarında biridir.





Bütün xəbərlər Facebook səhifəmizdə