Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə"kinostudiyasında istehsal olunan "Mən evə qayıdıram" filminin çəkilişləri bitib. Bunu SİA-ya açıqlamasında filmin rejissoru Samir Kərimoğlu bildirib.
Onun sözlərinə görə, film hazırda montaj prosesindədir: "Çox güman ki, film gələn ilin fevral ayında tam hazır olacaq. Filmin tez bir zamanda bitməsinə səbəb hadisələrin yaz mövsümündə baş verməsi idi. "Mən evəqayıdıram" filmi Qarabağ müharibəsi dövründə rus (sovet) ordusunda xidmət edən, sonra Vətənə qayıdıb ölkəmizin ərazi bütövlüyü uğrunda savaşa qoşulan hərbi təyyarəçimizin qəhrəmanlıq hekayəsindən bəhs edir".
S.Kərimoğlu onu da qeyd edib ki, film baş qəhrəman Tərlan Seyidzadənin simasında hərbi təyyarəçilərimizə, Qarabağda şəhid olan igid şahinlərimizin xatirəsinə həsr olunub: "Ekran əsəri üç dildə – Azərbaycan, rus, ukrayna dilində olacaq. Ona görə də mürəkkəb bir sistemdən – canlı səsyazma sistemindən istifadə olunub. Xarici aktyorlar da rolaldığından bu sistemdən istifadə qaçılmaz idi. Film triller janrındadır".
Qeyd edək ki, hərbi vətənpərvərlik mövzusunda çəkilən ekran əsərinin ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı-prodüseri Nazim Hüseynov, quruluşçu-operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssamı Əziz Məmmədovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB