Pantomima Teatrı Parisdə təşkil olunan konsertdə daun sindromlu uşaqlara dəstək olur
Pantomima Teatrı Parisdə təşkil olunan konsertdə daun sindromlu uşaqlara dəstək olur. SİA-nın məlumatına görə, 3 dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar UNESCO tərəfindən Parisdə 29 noyabr – 4 dekabrda müxtəlif ölkələrdən olan daun sindromlu şəxslərin iştirakı ilə konsert təşkil olunub. Konsertdə teatrın baş rejissoru Bəxtiyar Xanızadə, teatrın direktoru və aktyoru Elman Rəfiyev, aktyor Bəhruz Vaqifoğlu və aktrisa Nargilə Qəribova iştirak edirlər. Məqsəd isə rəqs kollektivi ilə birlikdə teatrın əməkdaşlarının bir səhnədə çıxış edərək onlara kömək etməsidir.
Qeyd edək ki, Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirdə
ölkəmizdən olan daun sindromlu şəxslərin iştirakı da təmin edilib. Tədbirdə
Azərbaycandan olan daun sindromlu 12 nəfər uşaqdan ibarət "Dəcəllər" rəqs qrupu
da konsert proqramı ilə çıxış edəcək. Tədbir çərçivəsində yaradıcı əlillərin,
habelə respublikamızdan olan istedadlı əlillərin tətbiqi sənət nümunələrindən
ibarət sərginin nümayişi də nəzərdə tutulur.
Eyni zamanda, tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və dolğun həyat
şəraitinin təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasəti
barədə tədbir iştirakçılarına geniş məlumat verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB