ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirilib

ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirilib

Bu gün YUNESKO-nun nəzdində Uşaq və Gənclər Teatrının Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə teatrın işçiləri ilə yanaşı, bir sıra xarici ölkə teatrlarının rəhbərləri də iştirak ediblər.

İlk olaraq Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Əhmədov Bakıda keçirilən I Beynəlxalq Kukla Festivalının Azərbaycan teatrının inkişafı istiqamətində atılan önəmli addım olduğunu bildirib. Bununla yanaşı, direktorMərkəzin fəaliyyət proqramı haqqında ətraflı məlumat verib.

Daha sonra isə ASSİTEJ-in prezidenti İvetta Hardi sözügedən təşkilatın fəaliyyəti haqqında çıxış edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı böyük səs çoxluğu ilə YUNESKO-nun nəzdində Uşaq və Gənclər teatrları Beynəlxalq ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilmiş qurultayında ASSİTEJ-in üzvlüyünə qəbul edilib. Qurultayda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə