Azərbaycan teatrı ilk dəfə ABŞ-da
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyətinin Vaşinqton və Nyu-York şəhərlərinə qastrol səfəri başa çatıb. SİA-nın məlumatına görə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, onun başçılıq etdiyi yaradıcı heyət Azərbaycan teatrının 138 illik tarixində ilk dəfə olaraq Birləşmiş Ştatlara qastrol səfərinə gəlib: \"Bu, heyətin hər bir üzvü üçün əlamətdar hadisədir\".


Tanınmış səhnə ustaları - xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalçı Nərgiz Kərimova, aktyor Əliməmməd Novruzov və digərlərindən ibarət qrup Nyu-York və Vaşinqtonda xüsusi konsert proqramı ilə çıxış ediblər.


Xalq Artisti Afaq Bəşirqızı həmvətənlərimizlə görüşdə keçirdiyi hissələri gizlədə bilməyərək deyib: "Həm Nyu-Yorkda, həm Vaşinqtonda tamaşaçıların bizə qarşı yüksək sevgi, isti münasibət və rəğbətinin şahidi olduq. Təəssüf ki, orkestrin müşayiəti ilə tammetrajlı tamaşa gətirməsək də, ifa etdiyimiz iki saatlıq xüsusi musiqili proqram çox yaxşı qarşılanıb. Şadam ki, Azərbaycan teatrını ilk dəfə ABŞ-a gətirmək kimi vacib missiyanın öhdəsindən layiqincə gəldik. Bu, tamaşaçıların alqışlarından da görünürdü. Ümid edirəm, onların xahişini nəzərə alaraq növbəti səfərimizdə Üzeyir Hacıbəylinin və digər klassiklərimizin əsərlərindən ibarət tamaşaları amerikadakı teatrsevərlərə təqdim etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə