Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan "Dolu" filminin natura çəkilişləri artıq başa çatıb. SİA-nın məlumatına görə, artıq "Azərbaycanfilm" kinostudiyasının həyətində filmin bir sıra səhnələri də çəkilib.
Üç aydır çəkilişlər davam edir və artıq işlər yekunlaşmaq üzrədir. Çəkilişlərin əsas hissəsi İsmayıllı rayonunda aparılıb. Həmçinin Ağdam rayonunun ərazilərində filmin final kadrları çəkilib. "Azərbaycanfilm" kinostudiyası binasının qarşısında filmin əsas səhnələrindən biri - Ağdam şəhərində hərbi qərargahın önündə baş verən hadisələr lentə alınıb. Bir neçə günə çəkilişlər başa çatacaq.
Məlumat üçün bildirək ki, film Aqil Abbasın "Dolu" romanı əsasında çəkilir.
Qeyd edək ki, Sumqayıtda, daxili qoşunların təlim poliqonunda da çəkilişlər aparılacaq. Poliqonda filmin son döyüş səhnəsi lentə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB