“Talelər qovuşanda”- FOTO

Musiqili Komediya Teatrında E. Ocaqov, F. Zöhrabov və R.Hacıyevin eyniadlı əsəri əsasında "Talelər qovuşanda" tamaşası oynanılıb. Bu tamaşada ilk dəfə olaraq vokalçı Ramil Qasımov çıxış edib.

Bu barədə SİA-ya məlumat verən R. Qasımov bildirib ki, tamaşanın nümayişi çox uğurla baş tutub: "Mən ilk dəfə idi ki, bu tamaşada oynayırdım. Görkəmli bəstəkar Rauf Hacıyevin gözəl musiqisi tamaşaçıların dilində daim ifa olunan "Sevgilim" mahnısı, "Bakı" haqında mahnı məhz bu tamaşadandır. Tamaşada mən Əli obrazında çıxış etdim. Tamaşanın nümayişi çox uğurla baş tutdu".

Vokalçı qeyd edib ki, tamaşada onunla birgə tərəf müqabilləri Nərgiz Kərimov, əməkdar artist Xanım Qafarova, Nahidə Orucova, Ziyadxan Cabrayılov, Güldanə Əzimova, Ülviyyə Əliyeva, Emin Heydərov, Hüseyn Əlili, Novruz Qartal olub. Tamaşada Ramil Qasımovla yanaşı, Elçin İmanov, Məhərrəm Qurbanov ilk dəfə çıxış ediblər. Tamaşanın rejissoru mərhum Faiq Zöhrabov, dirijoru Fəxrəddin Atayevdir.

Tamaşanın nümayişi Dənizçilər Evində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə