Kamal Abdulla: “Heç vaxt ona \"Allah rəhmət etsin!\" deyə bilmirəm”

Kamal Abdulla: “Heç vaxt ona \"Allah rəhmət etsin!\" deyə bilmirəm”

Bu gün YUĞ Teatrının 22, Vaqif İbrahimoğlunun 62 yaşı tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə teatrda tədbir keçirilib.

İlk olaraq çıxış edən teatrın direktoru Tərlan Rəsulov V. İbrahimoğlunun yaradıcılığından geniş söz açıb.

Daha sonra yazıçı Kamal Abdulla vurğulayıb ki, bu gün Vaqif yaradıcılığının pərəstişkarları üçün önəmlidir: "O daxili məzunundan asılı olaraq həm gənc, həm də qoca idi. Heç vaxt ona allah rəhmət etsin deyə bilmirəm. O hər zaman bizim yanımızdadır. Bizi birləşdirən həm də sənət yaradıcılığı idi".

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, xalq artisti Azərpaşa Nemətov, teatrşünas Məryəm Əlizadə çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə