Əbülfəs Qarayev Avstriya iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Avstriya iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib
Bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Avstriya iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının katibi Niklas Şmidmayer, Avstriya Federal İqtisadiyyat Palatısının MDB ölkələri üzrə direktoru Haynz Volter, və müxtəlif sahələri təmsil edən avstriyalı iş adamları iştirak ediblər.


Nazir Ə.Qarayev nümayəndə heyətini Bakıda görməyindən böyük məmnunluq hissi keçirdiyini və Azərbaycan ilə Avstriya arasında çox yaxşı siyasi, mədəni və biznes əlaqələrinin olduğunu vurğulayıb.


Daha sonra Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini bildirib.


Sonra nümayəndə heyəti tərəfindən turizmin inkişafı, bu sahədə təcrübə mübadiləsi, qış turizmi, eyni zamanda digər konkret tədbir və layihələr müzakirə olunub.


Ə.Qarayev bu yaxınlarda Vyana şəhərinin vitse-meri xanım Renata Brauneri qəbul etdiyini xatırlatmış və əlaqələrin gələcəkdə daha da yüksələn xətlə inkişaf edəcəyinə inandığını bildirib.


Görüşün sonunda nümayəndə heyəti səmimi görüşə görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə