SİA-nın Türkiyənin sondakika.com saytına istinadən verdiyi məlumata görə, Antalya bələdiyyəsi və Antalya Mədəniyyət-Sənət Vəqfinin (AKSAV) birgə təşkil etdikləri festivalda mükafata layiq görülənlər arasında Türkiyənin kino ulduzları Tuncel Kurtiz, Halit Akçatepe, Engin Çağlar və Məhmət Dinlər də olublar.
Festival çərçivəsində ilk dəfə Azərbaycanın Mədəniyyət və Turzim Nazirliyinin TÜRKSOY-dakı təmsilçiliyinin dəstəyi ilə "Avrasiya kinosu – Azərbaycan" bölməsində mətbuat konfransı, rejissor və aktyorlarla görüş, kinematoqrafılarımızın əsərlərinin nümayişi olacaq.
Atatürk Mədəniyyət Mərkəzində Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmi ilə başlayan bu bölmədə Samir Kərimoğlunun "Niyyət", Yavər Razyevin "İlahi məxluq", İlqar Nicatın "Buta" və İlqar Safatın "Sahə" filmləri kino həvəskarlarına təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB