Nazir: \"Ermənistanın təxribatına müvafiq şəkildə cavab veriləcək\"
Oktyabrın 6-7-də İtaliyanın Rimini şəhərində "TTG İncontri-2011" adlı beynəlxalq turizm sərgisi keçiriləcək. 48-ci dəfə keçiriləcək sərgidə digər ölkələrlə yanaşı, Ermənistan da iştirak edəcək. Mətbuatda yayılan məlumatlara əsasən Ermənistan bu tədbirdə "Dağlıq Qarabağ Respublikasının Turizm Nazirliyi" tərəfindən təmsil olunacaq.
SİA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın bu beynəlxalq tədbirdə təmsil olunmayacağını bildirib: "Bizim iştirak edəcəyimiz tədbirlərlə bağlı qrafikimiz var. Rimini elə bir şəhərdir ki, biz orada ölkəmiz üçün potensial turistlər cəlb edə bilmərik. Ermənistanın Dağlıq Qarabağ adı ilə orada iştirakına gəlincə, bu, növbəti təxribatdır. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın İtaliyadakı səfirliyi bu təxribata müvafiq şəkildə cavab verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB