Azərbaycanlı kinorejissorun filmi VIII Beynəlxalq “Saratovskiye stradaniye” kino festivalında uğur qazanıb

Azərbaycanlı kinorejissorun filmi VIII Beynəlxalq “Saratovskiye stradaniye” kino festivalında uğur qazanıb
Azərbaycanlı kinorejissor Rodion İsmayılovun "Köç" filmi VIII Beynəlxalq "Saratovskiye stradaniye" kino festivalında uğur qazanıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 30-dan çox ölkənin iştirak etdiyi festivalda "Köç" filmi "Territoriya" jurnalının "Naməlum məkanların mənimsənilməsi" mükafatına layiq görülüb.


Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbr və məharətlə davam etdirirlər. Bu ekran əsəri Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.


Film 2010-cu ildə Azərbaycannın "DS film" studiyasında istehsal olunub. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.


Qeyd edək ki, film bundan əvvəl bir sıra beynəlxalq festivallarda nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə