Yuğ Teatrı mövsümü “Kafkadan salam!” tamaşası ilə açacaq

Yuğ Teatrı mövsümü “Kafkadan salam!” tamaşası ilə açacaq
Dövlət Yuğ Teatrı 23-cü mövsümünü sentyabrın 17-də "Kafkadan salam!" tamaşası ilə açacaq.


Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu tamaşa Yuğ Teatrının sayca 74-cü tamaşasıdır. Rejissor Vaqif İbrahimoğlu tamaşanı Frans Kafkanın "Hökm" novellasının motivləri əsasında hazırlayıb. Tamaşada F.Kafkanın avtobioqrafiyasına və yaradıcılığına istinad edilib.


Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Umay, musiqi tərtibatı Samir Mehdiyev, rejissor assistenti Ər Toğruldur. Tamaşada rolları Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, Vidadi İsmayıl, İlahə Həsənli, Hikmət Rəhim, Ruslan Şöhrətoğlu ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня