II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
Sentyabrın 28-dən 30-a qədər Əl Oyunları İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Nazirlikdən SİA-ya verilən məlumata görə, yarmarkaya hazırlıq işlərini müzakirə etmək məqsədilə sentyabrın 6-da M.F.Axundzadə adına Milli Kitabxanada mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin iştirakı ilə ölkədə fəaliyyət göstərən çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş olacaq.

Görüşdə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri ilə yanaşı, nəşriyyat işinin digər aktual məsələləri də müzakirə mövzusu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə