Bakıda “Yapon Mədəniyyət Günləri“ keçiriləcək-FOTO

Bakıda “Yapon Mədəniyyət Günləri“ keçiriləcək-FOTO

Avqust ayının 15-dən başlayaraq Bakıda "Yapon Mədəniyyət Günləri\" keçiriləcək. SİA-nın məlumatına görə, Yapon Mədəniyyəti Günləri \"İrəli\" İctimai Birliyinin mədəniyyət və incəsənət mərkəzində qeyd olunacaq. Həmçinin fəaliyyət planı çərçivəsində çay mərasimi keçirməklə bərabər, tədbir zamanı yapon incəsənətinə xas olan "oriqami" və "ikebana" təqdimatı keçiriləcək Qeyd edək ki, oriqami -ənənəvi qədim yapon incəsənətinə xas olan qatlanmış kağızlardan gül fiqurlarının düzəldilməsi, ikebana isə kəsilmiş gülləri xüsusi qablara yerləşdirməklə bu gözəlliyi zəriflik və sadəlik prinsipi əsasında yaradılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə