Türkdilli rəssamların “XIV TÜRKSOY Rəssamlar Görüşü” keçirilir

Türkdilli rəssamların “XIV TÜRKSOY Rəssamlar Görüşü” keçirilir
Türkdilli dövlətlərin müstəqilliklərinin bərpasının 20 illiyi münasibətilə Türkiyənin Bitlis vilayətində XIV TÜRKSOY rəssamlar görüşü başlanıb.


Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya bildirilib ki, avqustun 25-dək davam edəcək tədbirdə Azərbaycanı istedadlı rəssam Əlyar Alımirzəyev təmsil edir.


Görüşün iştirakçısı olan rəssamlar öz əsərlərini qiymətləndirilmək üçün təqdim edəcəklər. Rəsmlər TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirləri tərəfindən qiymətləndiriləcək. I yerə layiq görülən əsərin sahibinə TÜRKSOY tərəfindən 3000 ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Rəsm əsərləri tədbirin sonunda TÜRKSOY-a hədiyyə olunacaq və təşkilatda saxlanılacaq.


Qeyd edək ki, TÜRKSOY-un rəssamlar görüşləri türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 1997-ci il toplantısında qəbul olunan qərar əsasında ənənəvi olaraq hər il keçirilir. Bu görüşlərdə türk dünyasının hər bir guşəsindən tanınmış və istedadlı rəssamlar iştirak edirlər.


Türk dünyası rəsm sənətini və bu sənət vasitəsilə ölkələrin, xalqların mədəniyyət və incəsənətinin zənginliyini əks etdirən əsərlər dünyanın önəmli mədəniyyət və incəsənət mərkəzlərində sərgilənir.


Görüşlər zamanı çəkilən əsərlərin kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir. Bu sənət elçilərinin ərsəyə gətirdikləri və bu günədək TÜRKSOY-a təqdim etdikləri rəsm əsərlərinin sayı 700-ü keçib. Sayı ildən-ilə artan bu kolleksiyanın əsasında yaxın gələcəkdə TÜRKSOY-un Rəsm Muzeyinin yaradılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня