Müşfiq Hətəmov: “Azərbaycanın tarixi filmlərində istifadə olunan geyimlərdən ibarət muzey yaratmaq istəyirik”- AÇIQLAMA
"Bu il Azərbaycan filmi üçün uğurlu olub". Bu barədə SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov bildirib.
Onun sözlərinə görə, bu il Elxan Cəfərovun rejissoru olduğu "Əlavə təsir", Rövşən İsaqın "Aktrisa", İlqar Nəcəfin "Buta", Ülviyyə Könülün "Vəkil hanı?", Yavər Rzayevin "İlahi məxluq" filmləri nümayiş olunub. Tamaşaçılarımız isə bu filmləri görməyiblər. Nizami kinoteatrı işə düşdükdən sonra həftənin 1 günü yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq".
\"Bununla yanaşı bu il ilk dəfə olaraq Azərbaycanda 3D formatında cizgi filmi çəkilib\",- deyən müdir müavini: "Bu cizgi filmini çəkən ssenaristlər gənclərdən ibarət idi. Bildiyimiz kimi bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Bu meydan, bu ekran-2011" kino layihəsi müsabiqəsinin 4 ssenaristi qalib gələrək diplomlarla mükafatlandırıldı. Onlar bu ildən artıq film çəkilişlərinə başlayacaq. Gələn ilin kino gününə qədər onların çəkdikləri filmləri tamaşaçıların ixtiyarına veriləcək",- deyə əlavə edib.
M. Hətəmov qeyd edib ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası təmir olunduqdan sonra gələcəkdə Azərbaycanın tarixi filmlərinin geyimlərindən ibarət muzey yaratmaq istəyirik: "Həmin paltarlar elə vəziyyətdə saxlanılsın ki, gənclər, uşaqlar həmin geyimləri rahatlıqla seyr edə bilsinlər. Burada da iki əsas məqsədimiz var. İlk olaraq bu kimi geyimlərin qorunub saxlanılması, sonra isə uşaqlar üçün tərbiyəvi olması əsas mahiyyət kəsb edəcək".
Nazir rəsmisi onu da vurğulayıb ki, bu il üçün daha bir neçə filmlərin çəkilişlərinə başlanılıb: "Həmin filmlər sırasında "Qisas almadan ölmə", "Mən evə qayıdıram", "Çölçü", "Azərbaycan futbolunun 100 illiyi", "Qırmızı bağ", "Dolu" yer alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB