15 ispaniyalı pilota həsr olunan sənədli film çəkilir

15 ispaniyalı pilota həsr olunan sənədli film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası və İspaniyanın Valensiya şəhərində fəaliyyət göstərən kinostudiya yeni müştərək filmin çəkilişlərinə başlayıb.

"Salnamə" kinostudiyasından SİA-ya verilən məlumata görə, film II Dünya müharibəsi ərəfəsində Gəncədə fəaliyyət göstərən hərbi hava məktəbində təhsil alan 15 ispaniyalı pilota həsr olunub.

Sənədli ekran əsərində İspaniya-Azərbaycan tarixi dostluğu, II Dünya müharibəsi zamanı Bakının səmasının qorunmasında ispan pilotlarının nümayiş etdirdiyi qəhrəmanlıq öz əksini tapacaq.

Süjet xətti 45 dəqiqə nəzərdə tutulan filmin çəkilişləri payızda başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə