Əməkdar artist Aybəniz Haşımova erməninin ifasına heyran qalıb - FAKT

Əməkdar artist Aybəniz Haşımova erməninin ifasına heyran qalıb - FAKT

Azərbaycanı "Slavyan bazarı-2011" musiqi müsabiqəsində təmsil edən və heç bir qələbə qazana bilməyən əməkdar artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva daha bir biyabırçılığa imza atıb. SİA-nın məlumatına görə, müsabiqədə Azərbaycan bayrağını tərsinə tutan Aynişan sosial şəbəkələrdə və bir sıra saytlarda tənqid atəşinə tutulub.

O zaman Aybəniz Haşımova qızın müdafiəsinə qalxaraq bu sözləri deyib: "Azərbaycan bayrağını bizim qədər kimsə sevə bilməz. O bayrağa görə Aynişanın atası şəhid olub. O bayrağa görə mənim həyatım puç olub!.\"

Aynişan bu utanc hərəkəti ilə kifayətlənməyərək yarışmada erməni müğənni ilə dostluq da edib. Məhz bu hərəkətinə görə də tənqid atəşinə tuş gəlib. Aynişan "Slavyan bazarı-2011\"də erməni müğənni Narek Makaryanla dostlaşıb. Aynişan Nareklə mehribancasına yan-yana şəkil də çəkdirib. Şəkil çəkdirməklə kifayətlənməyərək Aynişanın erməni ilə Facebook-da dostluğu da olub. Aşağıdakı fotoda buna əmin ola bilərsiniz. Söz-söhbətin artdığını görən Quliyeva sonradan Nareki dostluqdan silib.

Azərbaycanlı istifadəçilər sosial şəbəkələrdə, forumlarda bu hərəkətinə görə Aynişanı qınayıblar. Tənqidlərdən sonra Aybəniz Haşımova məsələylə bağlı bunları deyib: "Belarusda olarkən bütün məlumatları mətbuata vermişəm. Erməni təmsilçinin daim bizim yanımızda olduğunu və buna məcburən dözdüyümüzü şəxsən özüm demişəm. İndi guya bunlar xəbər tapıblar. Daha bilmirlər nələrə əl atsınlar?! Gah dedilər, Aynişan Azərbaycanı uğurla təmsil etmədi, gah dedilər, bayrağı əyri tutub. İndi də bu şəkil məsələsini çıxarıblar. Sadəcə, bunu edənlər Aynişanın uğurları ilə barışa bilməyənlərdir".

Əməkdar artistin dediyinə görə, onlar məcburiyyətdən erməni müğənni ilə səmimi olublar.

Ancaq yenə də Facebook sosial şəbəkəsində yayılan bir foto bunun belə olmadığını deməyə əsas verir. Şəkildə Aybəniz Haşımova, Aynişan və erməni Narek bir yerdə görüntülənib. Fotoda Narek piano çalır Haşımova ilə Aynişan isə onu dinləyir.

P.S. "Yəqin erməni ifaçı pianinoda \"Sari gəlini\" ifa edir. Aybəniz Haşımova da lazımı boğazları öyrədir. Əməkdar artistin qızı da onları izləyərək zövq alır".

Bütün xəbərlər Facebook səhifəmizdə