Bakıda isveçrəli musiqiçilərin konserti keçiriləcək

Bakıda isveçrəli musiqiçilərin konserti keçiriləcək

İyulun 31-də Bakıda isveçrəli musiqiçilərin konserti keçiriləcək. Konsert İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan Mədəniyyət Birliyi olan "Kapellhaus"da baş tutacaq.

SİA-nın məlumatına görə, konsert İsveçrənin milli bayramına həsr ediləcək və iki musiqiçinin İsveçrənin qədim milli musiqi aləti olan alfronda ifası nümayiş olunacaq.

Konsertə giriş pulsuzdur və ümumilikdə 150 tamaşaçı bu ifanı izləyə biləcək. Konsertdən bir gün əvvəl isə musiqiçilər Qız Qalasının qarşısında Bakı sakinlərini İsveçrənin ənənəvi musiqisi ilə tanış edəcəklər.

Qeyd edək ki, alfron musiqi aləti ağacdan düzəldilir və zurna formasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə