Zəlimxan Yaqubun “Biz niyə sevməyək bir- birimizi” kitabının və audio diskinin təqdimatı keçirilib

Zəlimxan Yaqubun “Biz niyə sevməyək bir- birimizi” kitabının və audio diskinin təqdimatı keçirilib

Bu gün xalq şairi Zəlimxan Yaqubun "Çaşıoğlu" mətbəəsində nəşr olunan "Biz niyə sevməyək bir- birimizi" kitabı və kitaba əlavə kimi hazırlanıb daxil edilən mahnının audio diskinin təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, şair Zəlimxan Yaqubun, bəstəkar Sevda Məmmədlinin, əməkdar artist İlqar Muradovun və oranjemançı Əvəz Muradovun ərsəyə gətirdikləri bu audio disk ilk dəfə nümayiş olunub.

Bununla yanaşı, bugünkü tədbirdə həmçinin "Yavaş- yavaş" mp3 audio diski də nümayiş olunub. Bu audio disk Regionların İnkişafı İctimai Birliyi ilə "SS Production" şirkəti ərsəyə gətirib.

İlqar Muradovun ifasında bu diskə 65 mahnı daxil edilib. Diskdə olan mahnıların bəziləri isə ilk dəfə olaraq səsləndirilib.

Tədbirin aparıcısı Nərgiz Cəlilova bu layihənin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyindən söz açıb. N. Cəlilova daha sonra sözü əməkdar artist Ağalar Bayramova verib. O da öz növbəsində Zəlimxan Yaqubun müəllifi olduğu şeir parçasını səsələndirərək xalq şairini təbrik edib.

Təqdimatda iştirak edən Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, bəstəkar Vaqif Gərayzadə və başqaları səbəbkarı təbrik edənlər sırasında idi.

Bütün xəbərlər Facebook səhifəmizdə