“Ruhu yuxularda gəzən şəhidlər” və “Gül güldürər, güllə öldürər” kitablarının təqdimatı keçirilib
Bu gün Moskvada nəşr olunan "Vətən çağırır" qəzetinin təsisçiliyi ilə çap olunan "Ruhu yuxularda gəzən şəhidlər" və "Gül güldürər, güllə öldürər" kitablarının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, hər iki kitab Azərbaycanın bütövlüyü uğrunda şəhid olan milli qəhrəmanlarımıza həsr olunub.
"Ruhu yuxularda gəzən şəhidlər" kitabında milli qəhrəman Mübariz İbrahimovla yanaşı, Fərid Əhmədov, Əhməd Abdullayev və başqa qəhrəmanların həyatı əks olunub.
Adıçəkilən ikinci kitab "Gül güldürər, güllə öldürər" kitabı isə sırf olaraq milli qəhrəmanımız olan Mübariz İbrahimova həsr olunub.
Tədbirdə vətən uğrunda şəhid olan qəhrəmanların ailəsi də iştirak edib. Onlar bu diqqət və qayğını yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB