Azərbaycan Dövlət Film Fondu “Şir evdən getdi” bədii filmini bərpa edib
Televiziya tamaşaçılarını sürpriz gözləyir . SİA-nın məlumatına görə, onlar yaxın gələcəkdə "Şir evdən getdi" bədii filminə bərpa edilmiş və yenilənmiş variantda tamaşa edə biləcəklər. 1977-ci ildə "Azərbaycanfilm" kinostudiyasında yazıçı Yuri Yakovlevin eyniadlı nağılının motivləri əsasında kinorejissor Rasim İsmayılovun çəkdiyi iki seriyalı "Şir evdən getdi" bədii filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu tərəfindən Rusiya Dövlət Teleradio Fondu ilə birlikdə bərpa edilib.
Qeyd edək ki, filmin bərpası Əməkdar İncəsənət Xadimi, dövlət mükafatı laureatı, kinorejissor və kinooperator Rasim İsmayılovun 75 illiyinə həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB