Əbülfəs Qarayev Azərbaycan musiqisini oğurlayaraq öz sözləri ilə ifa edən erməni sənətçilərini pislədi

Əbülfəs Qarayev Azərbaycan musiqisini oğurlayaraq öz sözləri ilə ifa edən erməni sənətçilərini pislədi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin Azərbaycanın mədəniyyət nümunələrini növbəti dəfə mənimsəməsi faktına münasibət bildirib. SİA-nın məlumatına görə, nazir Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilən eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnını və "Naz eləmə" milli rəqsimizi oğurlayaraq öz sözləri ilə ifa edən erməni sənətçilərini bir daha qınayıb.

"Bu faktlarla biz gələcəkdə də rastlaşacağıq. İndi siz də, biz də, dövlət də, ictimaiyyətimiz də, ən əsası alimlər və musiqişünaslar sübut etməlidirlər ki, bu onlara yox, Azərbaycana məxsus musiqidir. Əminəm ki, hər zaman olduğu kimi, ədalət öz yerini tapacaq. Biz nə qədər ermənilərlə müharibə və mübarizə şəraitində yaşayacağıqsa, bu faktlar daim olacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, bu dəfə Ermənistanı "Eurovision-2009" müsabiqəsində təmsil edən İnqa və Anuş bacıları Azərbaycanın incəsənət nümunələrini özününküləşdiriblər.

Oğurlanan mahnıya aid şəkillərə təqdim edirik:

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə