Bakıda «Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri» adlı beynəlxalq elmi konfrans keçiriləcək
Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib.
Konfransın mahiyyəti haqda xəbər verən mətbuat katibi qeyd edib ki, tədbirdə Rusiya, Ukrayna, Belarus və Litva kimi ölkələrin tanınmış elmi qurumlar və müvafiq ali məktəblərin təmsil olunacağı gözlənilir: \"Konfrans mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkəmizdə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunmuş tədqiqatların dəstəklənməsi məqsədilə keçirilir.
Beynəlxalq konfransın Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə iyulun 11-də Muzey Mərkəzində keçirilməsi planlaşdırılır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB