İlk xalçaçı sahibkar Fatimə Ağamirzəyevanın SİA-ya müsahibəsi
Quba rayonunda fəaliyyət göstərən Aygün firmasının prezidenti Fatimə Ağamirzəyeva 1980-ci ildən biçmə-tikmə işinə başlayıb. Fatma xanım həm də modelyer-dizaynerdir.
1988-ci ildən ilk sahibkar xalçaçı xanım kimi fəaliyyətə başlayıb. Modelyer və xalçaçılıq işi "Staxanovçu xalçası" adını alıb.
Toxuduğu ilk xalçaya Allah sözü yazılıbmış. İş prosesində küp boyalarından istifadə edib.
- Famat xanım, hazırda hansı xalçanı toxuyursunuz?
- Gördüyünüz "Ləçəngturunc" və "Təbriz" xalçalarını toxuyuram. "Ləçəngturuc" bir kompozisiyadır. Onun yüzə qədər forması var. Onu bizim rəssam çəkib. Bizim muzey deyir ki, bu Təbriz xalcasıdır. Təbriz ekspertlərini çağırmışam. Onlar deyirlər ki, bu Azərbaycan xalçasıdır. Onlar nə ilə öyünür. Deyirlər ki, Təbriz bizimdir. Onlara izah edirəm ki, Təbriz xalçası hazırda fars xalçası adı altında bazarlarda satılır. Azərbaycan adı onun yanından silinib.
Bu xalçanın üstündəki Azərbaycan nəbatiləridir. Dörd ildir bu xalçaları toxuyuram. Azərbaycan nəbatisi ilə Təbriz nəbatisi arasında ləçəklərdə fərqlər var.
- İş prosesində küp boyalardan istifadə edirsiniz bu barədə məlumat versəydiniz yaxşı olardı.
- Vaxtilə Qubanın özünün natural boyaları olubdur. Əsatirlərdə yazılıb ki, Qubanın Alpan tərəfindəki zəngin boyalar dünyanın məscid və imarətləri üçün ən qiymətli boya hesab olunur. Çox təəssüf ki, Azərbaycan boyaları Sovet dövründə Özbəkistanın ayağına yazıldı.
Azərbaycan xalçası o qədər dərin idi ki, onun üstündə böyük bir bazar qurdular. Azərbaycan xalçasının 148 kompozisiyasının 210 can qolları var idi. Bu şahmat hesabı ilə sayı-hesabı olmayan bir xəzinə idi. Azərbaycan xalçası yorucu deyil, gözoxşayıcıdır.
- Xarici dövlətlərin əməyinizi qiyməyləndirməyi barədə nə deyə bilərsiniz?
- Mənimlə dünyanın ən məşhur ekspertləri işləyiblər. Aşağı ranqda olan sahibkarlarla işləyəndə onların nüfuzuna xələl gəlir. Amerikadan, İngiltərədən, Koreyadan, Fransadan, Norveçdən və başqa dövlətlərdən diplomlar almışam. Ötən il mən Azərbaycanın Norveç yanında mədəniyyət səfiri titulunu və nişanını almışam.
Bizim gördüyümüz iş elə bir səviyyəyə qalxmışdı ki, Norveç səfiri mənsiz Gərəkli kəndindəki seximizə getmişdi. Görmüşdü ki, yardım etdikləri 5600 manatdan qat-qat çox iş görmüşük.
- Dağ kəndlərində də xalça toxuyursunuz?
- Quba və Şabran rayonlarının dağ kəndlərində xalçaçılıq sənətinin yaşadılması vacibdir. Dağ kəndlərində yaşayan insanların işlə təmin olunması, kəndlərin boşalmaması üçün əlimizdən gələn səyi göstəririk. Gərəkli kəndindəki xalça sexinin işləməsi üçün 13000 manat xərcləmişəm. Cəmi 55 işçim var. İndiyə qədər 300-400 xalşa toxumuşuq.
- Xalça sizin üçün nədir?
Xalçada dünyanın yaranma sirləri, mifologiya, dünyanın necə dağıla biləcəyi, işarələr var. Xalça özü daş yaddaşdır. Mən toxuduğum ilk xalçaya Allah sözü yazmışdım.
Azərbaycanın qədim xalçalarının çoxu xaricdədir. Qədim xalçaların Sovet dövründə çeşnisinin arxivi itib. Həmin qədim xalça çeşnisini yenidən bərpa etmək lazımdır. Bizim firma 70 faiz bu işləri görüb.
Azərbaycan boyaqşıları boyaqları keçmişdə Özbək boyaqçılarına satıblar. Boyaq bitkiləri üçün təbii boyaq bitkiləri laboratoriyası yaradılmalıdır. Azərbaycan xalçasını dünya bazarına çıxarmağa çalışmalıyıq.
- Bizim xalçalarda xaç şəkili olmasını nə ilə izah edərdiniz?
- Mənə dəfələrlə deyiblər ki, sizin xalçada xaç şəkili var. Bu xristianlıq əlamətidir. Amma xalçada xristianlıq yaranmamışdan qabaq xaç var. Herodot həlak olarkən xahiş edir ki, onu qaldırsınlar qoşuna son sözünü desin. Onu ayağa qaldıranda o qoşuna xaç göstərir. Bununla demək istəyir ki, biz məğlub olmamışıq, qələbə bizimlədir. Xaç qələbə rəmzi olubdur.
Prometeyin dastanında yazılır ki, Zevs od oğurladığı üçün Qaf sıra dağlarında zəncirləndi. İsa peyğəmbərin zəncirlənməsi Onun zəncirlənməsinə bənzəyir. Xristianlıq hara, bu mifologiya hara. Ona görədə Qafqaz sıra dağlarının xalçalarında müxtəlif formalı xaçlar var. Arzum var ki, Qafqaz mifləri onların xalçada totemləri, mifologiya və Qafqaz mədəniyyəti adlı geniş bir material hazırlayım.
Şalbuz dağını yuxarıdan çəkiblər. Daşlar eynilə fildir, eynilə dağ keçisidir. Elə bil ki, bu heyvanlar daşdan donub qalıbdır. Bu mənzərələr eynilə həndəsi xalçalarda var. Bunların da öz danışıq dili var.
Fatimə xanıma bu çətin və şərəfli yolda uğurlar arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB