"Eurovision - 2012"-nin qonaqları üçün atlas hazırlanır

"Eurovision - 2012"-nin qonaqları üçün atlas hazırlanır

Gələn il Azərbaycanda keçiriləcək "Eurovision - 2012" Beynəlxalq mahnı yarışmasına tamaşa etməyə gələn qonaqlar üçün atlas hazırlanır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən SİA-ya verilən məlumata görə, atlasın hazırlanmasında məqsəd müsabiqəni izləməyə gələn xarici vətəndaşların paytaxtımızın ərazisində sərbəst hərəkət etmələri üçün şərait yaratmaqdır: "Atlaslar ölkəmizə gələn turistlərə paylanacaq və onlar Bakıda olduqları müddətdə heç kimin köməyi olmadan sərbəst hərəkət etmək imkanı qazanacaqlar".

Qeyd edək ki, atlasda Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək. Şəhərdəki obyektlərin, tarixi ərazilərin, görməli məkanların, parkların və s. yerləri dəqiqliklə göstəriləcək".


Mirvari


Bütün xəbərlər Facebook səhifəmizdə