Finlandiya “Eurovision- 2012” seçimini yenilənən formatda keçirəcək

Finlandiya “Eurovision- 2012” seçimini yenilənən formatda keçirəcək

Bakıda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsinin Finlandiya nümayəndəsi seçimi yenilənən formatda keçirəcək. SİA-nın məlumatına görə, bu xəbəri Finlandiya Yayım şirkəti olan YLE bəyan edib.

Bu, kulminasiyası fevral ayına planlaşdırılan, adı hələ müəyyən edilməyən yeni musiqi yarışması olacaq. YLE vəd edir ki, bu Finlandiyanın ən mötəbər musiqili şousu olacaq.

YLE mahnıların demo versiyalarını avqustun 15-dən sonra qəbul edəcək və bu proses sentyabrın sonuna qədər davam edəcək. Yeni şou yanvar ayında işıq üzü görəcək. Şou zamanı münsiflərin seçimi, auditoriyanın fikri və fan- klubların çıxışları nəzərdə tutulur.

Bütün bunlar fevral ayında Helsink şəhərində keçiriləcək möhtəşəm final ilə bitəcək və Finlandiyanın "Eurovision- 2012" mahnı müsabiqəsində təmsilçisinin adı bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə