Emil Əfrasiyaboğlu Azərbaycanı Montre Caz Festivalında təmsil edəcək
Azərbaycan bu il də İsveçrədə ənənəvi olaraq keçirilən Montre Caz Festivalında təmsil olunacaq. SİA-nın məlumatına görə, "Montreux Jazz Festival - 2011" iyulun 1-dən 16-na kimi davam edəcək.
Dünyanın ən məşhur caz festivallarından olan "Montreux Jazz Festival"da Azərbaycanı Emil Əfrasiyaboğlu təmsil edəcək.
Azərbaycanın istedadlı pianoçusu festival çərçivəsində keçiriləcək müsabiqədə "Ən yaxşı pianoçu" nominasiyasında mübarizə aparacaq.
Qeyd edək ki, ötən il Montre Caz Festivalının qalibi məhz azərbaycanlı cazmen İsfar Sarabski olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB