“Super 8” filmi Amerikada liderdir- FOTO

“Super 8” filmi Amerikada liderdir- FOTO

"Super 8" filmi Şimali Amerikada liderdir. İlk həftədən bu ekran əsəri 37 milyon dollar əldə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Stiven Spilberqin "Super 8" adlı filmi həftə sonu kassa mədaxilinə görə Şimali Amerikada lider olub.

Bu elmi-fantastik film ABŞ və Kanada kinoteatrlarında öz yaradıcılarına 37 milyon dollar qazanc gətirib.

Filmdə hadisələr 1979-cu ildə Ohayo ştatının kiçik şəhərində cərəyan edir. Süjetə əsasən, məktəblilər Zombiyə həsr olunan "Super 8" adlı filmi kameraya çəkdiyi zaman yadplanetli bir məxluqla qarşılaşırlar. Hadisələr bu əsasda inkişaf edir.

Kassa gəlirinə görə ikinci yerdə ötən həftənin lideri olan "İks adamlar" filmi qərarlaşıb. Bu film isə istehsalçılarına 25 milyon dollar qazandırıb.

Üçüncü pilləyə 18,5 milyon dollar gəlirlə "Las-Veqasda oğlan yığıncağı" filmi çıxıb. Bu ekran əsərinin ümumi gəliri 216,6 milyon dollar təşkil edib.

Bu həftə həmçinin, "Karib dəniz quldurları" filmi 10,4 milyon dollar qazancı ilə digər filmlərdən seçilib. Filmin ABŞ və Kanada kinoteatrlarından qazandığı ümumi gəliri 208 milyon dollardır. Bir ay öncə ekranlara çıxan "Piratlar" filminin dünyada satış üzrə əldə etdiyi gəlir 886,8 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə