Azərbaycan müğənniləri Türkdilli Ölkələrin Pop Musiqi Festivalında iştirak edəcək
İyul ayının 1-dən 8-nə kimi Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə "Silifke Musiqi Haftası" çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalı keçiriləcək.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən SİA-ya verilən xəbərə görə, 1974-cü ildən keçirilən Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalına bu il 25-dən yuxarı ölkənin, o cümlədən Azərbaycan, Rusiya, Yunanıstan, Kosova, Makedoniya, İtaliya, Rumıniya kimi ölkələrin iştirakçıları qatılacaqlar. Festivalda Türkiyənin tanınmış müğənniləri Gülben Ergen, Gökhan Özen, Zara, Murat Dalkılıç, Haktan və Hadise iştirak edəcəklər.
TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən "Silifke Musiqi Haftası" çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalında Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Bakı Gecələri" Estrada Mahnı Festivalının qalibi və laureatları Cəlal Abbasov, Günel Ələkbərova və Nurlan Əzizbəyli təmsil edəcəklər.
İnanırıq ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalına qatılan Azərbaycan sənətçilərinin bu mahnı müsabiqəsində də Vətənimizi layiqincə təmsil edib Qələbə ilə geri dönəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB