24 iyun tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzəyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Konserti keçiriləcəkdir. SİA-nın məlumatına görə. konsertdə xalq artisti, klarnet ifaçsı Şükür Səmədov solist olaraq çıxış edəcək.
Konsertin proqramına C.Rossini – "Soroka-vorovka" operasına Uvertüra, W.A.Mozart – klarnet ilə orkestr üçün Konsert, D.Şostakoviç – Simfoniya №5 daxil edilib.
Qeyd edək ki, konsert Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB