Rus klassik musiqisinin ifaçılıq sənətinin III Tələbə festivalı keçirilib- FOTO

Rus klassik musiqisinin ifaçılıq sənətinin III Tələbə festivalı keçirilib- FOTO

Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Rusiya gününə həsr olunan Rus klassik musiqisinin ifaçılıq sənətinin III Tələbə festivalı keçirilib. SİA-nın məlumatına görə, festivalda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, BMA-nın I prorektoru Oqtay Abbasquliyev və başqaları iştirak ediblər.

"Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf fondunun direktoru Andrey Anatoleviç Koşel çıxışında bildirib ki, bu frestival Rusiya günü çərçivəsində 3-cü ildir ki, ənənəvi olaraq keçirilir: "3 il bundan əvvəl bu festivalın harada keçiriləcəyini müzakirə edərkən düşünmədən Bakını seçdik. Festivalın həyata keçirilməsi üçün bütün təşkilatçılara öz təşəkkürümü bildirirəm, iştirakçılara da uğurlar arzulayıram".

Daha sonra "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun Azərbaycanda fəaliyyət göstərən filialının direktor müavini Vaqif Cavanşirov isə vurğulayıb ki, festivalda həm Azərbaycan tələbələri, həm də Rusiyadan gələn tələbələr çıxış edəcəklər. Bu festivalın keçirilməsi artıq ənənə halını alıb. Gələn il də bu ilki kimi IV tələbə festivalı Bakıda qeyd ediləcək\".

Festivalın qalibləri- BMA tələbələri Çaykovskinin, Raxmaninovun, Rimskiy- Korsakovun, Molçanovun və başqalarının əsərlərini ifa ediblər.

Festivalın müsabiqə proqramında Qnesinlər adına Rusiya Musiqi Akademiyasının 4 tələbəsi iştirak edib. Onların ifasında Avropa klassiklərinin əsərlər səslənib.

Məlumat üçün bildirək ki, bu frestival Rüsiya günləri çərçivəsində 3-cü ildir ki, ənənəvi olaraq keçirilir.

Tədbirin təşkilatçısı "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondudur. Festival iştirakçıları fəxri fərmanla və pul mükafatı ilə təltif olunublar.

\"\"

\"\"\"\"

\"\"



Bütün xəbərlər Facebook səhifəmizdə