Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Bu gün Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə YAP-ın Səbail rayon təşkilatının nümayəndələri, şəhidlərin valideynləri, bir sıra ziyalarımız iştirak edib.
Tədbirdə ilk söz Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev verilib. Onun sözlərinə görə bugünümüz bayram günüdür: "Azərbaycanın 30 il bundan qabaqki vəziyyəti ilə indiki vəziyyətini müqayisə aparsaq, görərik ki, inkişaf üçün bir çox tədbirlər görülür. Azərbaycan dövlətinin nəinki yaşadığımız coğrafiyada, həmçinin dünyada nüfuzu artır.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə bir xilaskar kimi qayıtdı. Siyasi tənəzzülə yaxınlaşan bir hakimiyyəti yalnız dahi şəxs xilas edə bilərdi. Həqiqətən də elə oldu!"
Bütün xəbərlər Facebook səhifəmizdə