Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır MN

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Nazirlik bildirir ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil:

"Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə