Dünya yaranandan bu günə qədər belə olub: Savadsızlar, ağlında müəyyən qüsurları olanlar, özlərinə cəmiyyətdə yer tapa bilməyənlər daha çox qışqırıb, səs-küy salıb, bir sözlə, diqqəti özlərinə cəlb etməyə çalışıblar. Tarixdə baş verən buna bənzər hadisələrlə bağlı misallar çəkməkdən uzaq olacağam. Çünki birincisi, olub keçənləri yenidən xatırlamaq düzgün olmaz, ikincisi də, hadisələrin qəhrəmanları olmuş şəxslər haqq dünyasında olduqlarından "ölənin dalınca danışmazlar" məsəli də mənim üçün bir qaydadır. Amma müasir dövrümüzdə müəyyən buna bənzər hadisələr baş verir ki, həmin hadislərə şərh vermək düşünürəm ki, cəmiyyətin gözlədiyi münasibətlərdən olar.

Sərdar Cəlaloğlu rəqqas olsaydı, nə baş verərdi?

Birdə görürsən ki, istedadı olmayan, amma yaxşı sponsoru olan hansısa müğənni televiziyalarda meydan sulayır. Saytlarda xanım müğənnilərin müxtəlif formalarda lüt-üryan şəkilləri göz qamaşdırır. Çəkdirdikləri kliplərdə yataq səhnələrini kameranın yaddaşına həkk etməkdən utanıb-çəkinməyən mütrüflər də olur. "Bunu niyə etdin" sualını verdikdə isə "sponsorum belə istədi" cavabını eşidirsən. Bu günlər hovuzda yarıçılpaq şoular göstərmiş Rəqsanə adlı bir mütrüf utanıb-çəkinmədən bəyan edib ki, onu içirib, hovuza salıblar. Hansısa sualı verməyə təbii ki, ehtiyac yoxdur. Heç soruşmaq da lazım deyil ki, ey mütrüf, sən bir müsəlman qadını olaraq, niyə içirsən? Validə adlı bir modelyer isə tamamilə özünü çöldə qoymuş məxluqət kimi özünü göstərir. Röya, Aygün, pişik Günel kimi mütrüflərin hansı həngamədən çıxıb, hansı oyunlar oynadıqlarını bilməyən demək olar ki, yoxdur. Bütün bu oyunların bir adı var, diqqəti özlərinə yönəltmək. Ağır da olsa, bu tip mütrüflərə görk olsun deyə bir misal çəkəcəyəm: Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və bu kimi digər korifey sənətkarlarımızın geyiminə və ya danışıqlarına hansısa bir irad bildirilibmi? Düşünürəm ki, əsla. Çünki onlar zirvədə olan sənətkarlar olduqlarından hansısa süni şoular yaratmaqla diqqət mərkəzinə çevrilməyə ehtiyac duymayıblar.

Diqqətçəkən məqam ondan ibarətdir ki, qışqıranlar yalnız şou-biznes əhli deyil. Aradabir siyasi meydanda var-gəl edən məxluqlar da qışqırırlar. Rüsvayçı hal odur ki, qışqıran siyasətçilər gündəmə tarixi şəxsiyyətlərimizlə bağlı ağzıgöyçəklik etməklə gəlməyə çalışırlar. Deyək ki, Sərdar Cəlaloğlu adlı bir məxluqat durub-durub birdən iddia edib ki, Koroğlunu tarixi qəhrəman kimi təqdim etmək düzgün deyil. Və ya bu ağlına şübhə ilə yanaşdığımız məxluqat Qaçaq Nəbinin həyat yoldaşı Həcərlə bağlı ağlına deyil, ağzına gələn hədyanları danışır. S.Cəlaloğlunun ağzına bir sillə vuran olmadığından digər məxluqatlar da tarixi şəxsiyyətlərimiz, milli qəhrəmanlarımızla bağlı gənc nəsildə təəssüf hissi yaradan fikirlər səsləndirirlər. ACP-nin keçmiş sədri Rəsul Quliyev də boynundan böyük sərsəm xarakterli fikirlər qeyd edərək, bildirib ki, Şah İsmayıl Xətai azərbaycanlılara heç bir aidiyyatı olmayan İran şahıdır. Təbii ki, Rəsul Quliyevə Şah İsmayıl Xətainin vahid Azərbaycan dövlətini yaratmaqda göstərdiyi xidmətləri xatırlatmaqla başa salmaq çox çətin olar. Çünki hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, R.Quliyev çətin adamdır və onu başa salmaq da mümkün deyil.

Tarixi ləkələyənləri tarix də bağışlamaz

Bəzən iddia olunur ki, Şah İsmayıl Xətai işğalçı hökmdar olub. İstina nöqtəsi kimi Karl Marksın və Fredrix Engelsin arxivlərindən tapılan qeydlər göstərilir. Amma xatırlamaq lazımdır ki, 14 illik hakimiyyəti dövründə 14 eli birləşdirən Şah İsmayıl Xətai vahid Azərbaycan dövləti yaratmaq istiqamətində digər dövlətlərin tarpaqlarını işğal etməsəydi, onun eli-obası viran edilər, torpaqları işğal olunardı. Sual oluna bilər. Teymurləng, Çingiz xan, Qazan xan, Sultan Bəyazid, Sultan Süleyman, eləcə də I Pyotr, İvan Qroznı, Napalyon və digərləri böyük imperiyalar yaratmaq naminə başqa xalqları əsarətə alıb, torpaqları işğal etməyiblərmi?

Tarixə ləkə atıb, böyük qurucular haqqında, eləcə də Şah İsmayıl Xətai haqqında hədyan danışanlar başa düşmürlər ki, Şah İsmayıl Xətai ilk dəfə türk dilini dövlət dili elan edən dövlət başçısı olub. O, həm də qatı dindar, ədalətli hökmdar kimi də tanınıb. Ağqoyunluları, Albaniyanı, Anadolunu, Bağdadı vahid Azərbaycan dövlətinin tərkibinə daxil edərkən, məhz xalqlar onu islam dininə bağlı olan şəxsiyyət kimi tanıdıqlarından könüllü şəkildə şəhərlərinin qapılarını onun üzünə açmışlar. Məhz onun hakimiyyəti dövründə bir çox Əhli-Beyt alimi yetişərək, Səfəvilər dövlətindən kənarda islam dini yaymışlar. O, sənətkarlara, alimlərə xüsusi diqqət göstərib, onların qayğısına da qalan şəxs olub.

Üçrəngli bayrağımız və Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai bütün döyüşlərdə özü şəxsən iştirak edib. Onun şücaəti, qəhrəmanlığı sayəsində qızılbaşlar böyük ruh yüksəkliyi ilə düşmən üzərinə gedib, qalibiyyət bayrağını istədikləri nöqtədə qaldırıblar. Qaldırılan bayrağın Azərbaycanın hazırkı üçrəngli bayrağı olduğunu desək, səhv etmərik. Çünki Səfəvilər dövlətinin bayrağında türkçülüyü, müasirliyi və dindarlığı əks etdirən rənglər yer alıb. Bu baxımdan müstəqil Azərbaycanın üçrəngli bayrağının tarixinin Şah İsmayıl Xətainin yaratdığını demək olar. Bunu rəsul quliyevlər, sərdar cəlaloğlular və bu kimi digər balaca-balaca adamlar bilmirlərsə, bunun günahı nə cəmiyyətdə, nə də ki, onların boya-başa çatdıqları mühitdə deyil. Bunun günahı onların özlərindədir. Siyasətdə uğur əldə edə bilmədiklərindən formatlarını dəyişib, tarixi qəhrəmanlarımızla bağlı hədyanlar danışırlar. Düşünürlər ki, bununla diqqət mərkəzinə çevriləcəklər. Amma başa düşmürlər ki, cəmiyyət onları artıq rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə