Ələlxüsus, gecələr hansısa bir göydələnin üstünə qalxıb Bakını seyr etməyin öz yeri var. O qədər işıqlıdır ki, ulduzları ayaqlarının altında hiss edirsən, banka olan borcunu da məcburən unutmalı olursan. O qədər yenidənqurma, abadlıq işləri aparılıb ki, paytaxtımızı bam-başqa cür sevirik.
Amma nəbadə aşağı düşüb şəhərimizin küçələrindəki obyeklərin, mağazaların, şadlıq saraylarının adını oxuyasan. Elə bil adamı cin vurur. İlahi, adamın özünə də, Bakıya da yazığı gəlir. Bilmək olmur, bura hansı ölkənin paytaxtıdır. Əgər bir ingilisi tutub gətirib Bakıdakı mağazaların, obyektlərin adını oxutdursan, sonra da soruşsan ki, bura hansı xalqın şəhəridir? Ya ingilisin, ya amerikalının, ya da fransızın şəhəridir deyəcək. Qınamağa da dəyməz. Bütün obyekt adları, bütün reklamların hamısı ingilis dilindədir.
Bəzən şahidi olursan ki, 30 ildir Bakının orta göbəyində yaşayan bir nəfər yaxınlaşıb səndən soruşur: "Bala, filan yer haradadır? Halbuki özü düz həmin yerin qabağında dayanıb, amma oxuya bilmir. Heç kim də onu məcbur edib qınaya bilməz ki, nə üçün ingilis dilində olan obyektin axını oxuya bilməyib məndən soruşursan?! Reklam şəhərin əlifbasıdır, əgər bu şəhər azərbaycanlılarındırsa, elə Azərbaycan dilidə də yazın reklamları, bu əlifbanı pozmayın".
Bakıda "Magic" adlı bir mağaza var. İngilis sözüdür, mənası "sirli" deməkdir. Uzun müddət bunu belə də gördüm. Amma bu yaxınlarda mağaza sahibi "kreativ" olmaq istəyib və reklamçıları çağırıb ki, "Magic" sözünün dalına bir "Z" hərfi artırın. Başa salıblar ki, əgər "Z" hərfi artırılsa, məna itəcək və bu söz heç bir məna ifadə etməyəcək. Kor tutduğunu buraxmayan kimi, bu kişi də dediyin elətdirib. Sonra məlum olub ki, bu adamın belindəki remen de "Z" emblemidir, Maşının nömrəsində da qoşa "ZZ" yanaşı durur, evini də yuxarıdan baxanda "Z" formasında tikdirib. Söz yox ki, bu sahibkarın başına at təpib. Buna deyən lazımdır ki, a kişi "Z" hərfinə olan hoqqanı gərək Bakının başında çatladasan?
Adlara baxın: "Amor, Delcane, Alsaderse, Qaller, Nefertiti, Mazis, Qlamourte" və sairə. İlahi, özün səbr var, indi bir kişi tapın bunların mənasızını bizlərə izah eləsin. Hansı dildədir, kimin yastığının altından çıxıb, bilinmir.
Bəzi sahibkarlar bunu başa düşüb əcaib adları yığışdırdılar. Məsələn, sahibi olduğu "Armeda" adlı şadlıq sarayının adını dəyişib "Tural" qoydu. Amma "sağ ol", demək istəyəndə, görürsən ki, "Tural" bu sahibkarın kiçik oğlunun adıdır, özü də oğlunun sünnət toyuna görə, adını dəyişib. İnsan adını daşıyan şadlıq saraylarımız az deyil ki. Bir də görürsən ki, kişinin altı uşağı var, hər uşağının adına bir şadlıq sarayına qoyub. Mətləbdən yayınmayaq...
Mən bir adam axtarıram ki, Azərbaycan Dövlət Neft Akadmeiyası yerləşən küçədəki və Nizami küçəsindəki mağaza adlarını oxuyub başa düşsün. Mağazanın adını oxuyursan, məqsədin ət almaq olursa, içəri girəndən sonra it almalı olursan. Bu bir tərəfə qalsın, Şotlandiyanın nişanlı qızları kimi saçlarını əndrəbadi şəkildə düzəmləyən satıcı xanımların dilindən isə, Azərbaycan dilində bir söz eşitsəniz, mənim atama lənət.
Uzun bir şey yazmaq olar, amma nə isə...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB