Ərəblər Hindistana 100 milyard dollardan çox sərmayə qoyacaq

Səudiyyə Ərəbistanı yaxın iki ildə Hindistan iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə qoyacaq. Bunu Pakistan səfərindən sonra Hindistanda görüşlər keçirən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bəyan edib.

AZƏRTAC ANI informasiya agentliyinə istinadla xəbər verir ki, Camal Kaşıkçı cinayətindən sonra Qərblə əlaqələri soyuyan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin İslamabad və Nyu-Dehliyə səfərləri çərçivəsində böyük sərmayə layihələri ilə bağlı sazişlər imzalanıb. Onun Hindistandan sonra Çinə gedəcəyi bildirilir.

Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi energetika, nəqliyyat, sənaye, turizm və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün 100 milyard dollardan çox sərmayə qoyulacağını bildirib. Səudiyyə Ərəbistanının neft-qaz nəhəngi “Aramco” şirkəti də Hindistanda yeni zavod tikilməsi məsələsini müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə