Qüds uğrunda şəhid olan fələstinlilər dəfn olunub

ABŞ Prezidenti Donald Trampın Qüds qərarından sonra baş verən qarşıdurmalar nəticəsində şəhid olan 2 fələstinlinin dəfn mərasimi keçirilib. Axar.az xəbər verir ki, dəfn mərasimində iştirak edən minlərlə insan ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Qəzza, Qüds, Ramallah və digər bölgələrdə baş verən etirazlar zamanı 8 fələstinli şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə