Noyer “Bavariya”da 100-cü oyununa çıxıb

UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Liverpul”a məğlub olaraq, mübarizəni dayandıran “Bavariya”nın qapıçısı Manuel Noyer üçün yubiley qeydə alınıb. Qol.az xəbər verir ki, təcrübəli qolkiper Çempionlar Liqasında “Bavariya” forması ilə 100-cü oyununa çıxıb. Qeyd edək ki, Almaniya millisinin üzvü 2011-ci ildən Münhen klubunda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə