"Çelsi" baş məşqçi axtarışlarını davam etdirir

"Çelsi" rəhbərliyi Mauritsio Sarrinin yerinə yeni məşqçi axtarışlarını davam etdirir. Belə ki, hazırda müzakirə olunan mütəxəssislərdən biri də İngiltərə millisinin çalışdırıcısı Qaret Sautqeytin köməkçisi Stiv Hollanddır. Sarrinin mümkün gedişini nəzərə alan London klubunun rəhbərliyi 48 yaşlı məşqçini bu mövsümün sonuna kimi komandanın sükanı arxasına gətirməyi planlaşdırır. Hollandın İngiltərə kubokunda keçirilən "Çelsi" - "Mançester Yunayted" oyununu (0:2) tribunadan izləməsinin də məhz bununla bağlı olduğu bildirilir.

Qeyd edək ki, Holland daha "Çelsi"də çalışıb. O, 8 il paytaxt klubunda məşqçi işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə