"Böyük oğlum çılğın Messi azarkeşidir"

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard "Barselona"nın hücumçusu Lionel Messi haqda danışıb. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı superulduzla birlikdə çəkilmiş fotosunu şərh edən 28 yaşlı futbolçu onu dünyanın ən yaxşısı adlandırıb: "Bir şəkildə 2 dahi futbolçu? Məncə, ən yaxşı bir nəfər ola bilər. O da Lionel Messidir. Mənim böyük oğlum çılğın Messi azarkeşidir. Ümumiyyətlə, kiçik ailəmizdə hamı ona azarkeşlik edir. Leo xüsusi oyunçudur".

Bütün xəbərlər Facebook səhifəmizdə