Fransalı futbolçu "topçular"ın hədəfində

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" "Barselona"nın futbolçusu Usman Dembeleni transfer edə bilər. "Mundo Deportivo" yazır ki, fransalı yarımmüdafiəçi London klubunun transfer siyahısında yer alıb. "Arsenal"ın oyunçunun vəziyyətini yaxından izlədiyi bildrilib. Qeyd edək ki, U.Dembele son zamanlar intizamsız hərəkətləri diqqət çəkir. Kataloniya təmsilçisinin onu bu qış satacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə